STR4 Barselonada debüt edib

Bu gün səhər Barselonada Toro Rosso komandası yeni STR4 maşınını nümayiş etdirib. Maşın Red Bull Technology şirkəti tərəfindən hazırlanıb, ona […]

Bu gün səhər Barselonada Toro Rosso komandası yeni STR4 maşınını nümayiş etdirib. Maşın Red Bull Technology şirkəti tərəfindən hazırlanıb, ona görə də xarici görünüşdən Red Bull RB5-ə çox bənzəyir, amma maşına Ferrari motoru qoyulub. Red Bull komandası kimi törəmə komanda da rəsmi mərasim keçirməyib, sadəcə səhər elə pit-leyndə Sebastyen Burde və Sebastyen Buemi yeni maşının üzərindən pərdəni çəkiblər və jurnalistlər bir müddət STR4-ün şəkillərini çəkdikdən sonra Burde yeni maşını trasa çıxarıb. Maşın bir dövrədən sonra boksa texniki yoxlanma üçün qayıdıb.

Maşın ilk testlərini keçən həftə İtaliyanın Adria trasında keçib və indi kiçik komandanın qarşısında böyük vəzifələr durur: çempionatın başlanmasına qalmış son iki test sessiyasından maksimum effektiv istifadə etməklə çempionata hazırlaşmaq. Keçənilki mövsümün ikinci yarısını komanda çox əla keçirmişdi, buna səbəb hər şeydən əvvəl Sebastyan fettelin gözəl çıxış idi – alman sürücü öz karyeasında və komanda tarixində ilk poul və ilk qələbəsini qazanmışdı. Əlbəttə, komanda bu uğurları davam etdirmək əzmindədir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*