S.Moss karyerasını başa vurur

Lə Man radiosunun canlı efirində çıxış edən Stirlinq Moss yarış karyerasını başa vurmasını elan edib. Əfsanəvi sürücünün artıq 82 yaşı […]

Lə Man radiosunun canlı efirində çıxış edən Stirlinq Moss yarış karyerasını başa vurmasını elan edib. Əfsanəvi sürücünün artıq 82 yaşı var, bu uik-end dördqat vitse çempion sutkalıq marafondan əvvəl təşkil olunan tarixi maşınların yarışında iştirak etməli idi, amma məşqlər zamanı başa düşüb ki, artıq avtoidmandan əvvəlki kimi zövq ala bilmir…

Stirlinq Moss: “Mən birinci dəfə özümə görə qorxdum. Mən əvvəllər də demişdim ki, hiss etsəm ki, yarışlardan zövq almıram – çıxışımı dayandıracam.”

Stirlinq gözəl karyerasını 18 yaşında başlayıb, müxtəlif çempionatlarda çoxsaylı qələbələr qazanıb, o cümlədən, Formula1-də 16 qələbə qazanıb. Stirlinq tarixi Qudvud festivalının sahibidir və özü də veteranların yarışda iştirak edirdi.

Artıq yarışların 63 ili arxada qalıb, “mən yarışları xoşlayıram, amma indi dayanmaq vaxtıdır…”