Sinqapur Qran Priyə hazırlaşır

Sinqapur küçə trası Valensiyada olduğu kimi müvəqqətidir, amma onun yarışa hazırlanmasına İspaniyada və Monakoda olduğundan daha çox vaxt lazımdır. Trasın […]

Sinqapur küçə trası Valensiyada olduğu kimi müvəqqətidir, amma onun yarışa hazırlanmasına İspaniyada və Monakoda olduğundan daha çox vaxt lazımdır. Trasın hazırlığı keçən ayın ortalarından başlanıb – iyulun 13-dən fəhlələr boks komplekslərinin quraşdırılmasını və keçən il komanda və FİA nümayəndələrinin gileyinə səbəb olmuş pit-leynin giriş-çıxışının yenidənqurulmasına başlayıblar.

Arxada qalan bir ay ərzində trasın uzunluğunun 60%-i boyunca süni işıqlandırma sistemi quraşdırılıb, bu həftə isə baryerlər qoyulmağa başlayacaq – beş yüzdən çox beton blok qurulacaq, sentyabrın əvvəllərində təşkilatçılar tribunaları bərpa edəcəklər.

Hər şey sentyabrın 22-nə hazır olmalıdır, 25-də sürücülər sərbəst yürüşlərə çıxacaqlar, 27-də isə yarış keçiriləcək, amma artıq üç gündən sonra yol hərəkəti tamamilə bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*