“Şimal ilməsi”ndə faciə yaşanıb (video)

Bu gün Nürburqrinqin əfsanəvi “Şimal ilməsi”ndə faciə baş verib – VLN dözümlülük yarışlarında hələlik məlum olmayan səbəb üzündən Yann Mardenboronun […]

Bu gün Nürburqrinqin əfsanəvi “Şimal ilməsi”ndə faciə baş verib – VLN dözümlülük yarışlarında hələlik məlum olmayan səbəb üzündən Yann Mardenboronun idarə etdiyi Nissan GT-R NİSMO GT3 maşını Flugplatz döngəsində havaya qalxıb, baryerləri aşaraq trasdan çıxıb. İnsident nəticəsində bir tamaşaçı həlak olub, dörd nəfər isə müxtəlif xəsarət alıb.

F-1.az VLN çempionatının hadisə ilə bağlı rəsmi bəyanatını nəzərinizə çatdırır: “VLN Endurance Championship yarışlarının Nürburqrinqdəki ilk mərhələsi tamaşaçıların yaralanması ilə nəticələn qəza ilə bizi məyus edib. Yaralanan tamaşaçılardan biri təxirəsalınmaz yardımlara baxmayaraq, tibbi mərkəzdə dünyasını dəyişib.

Daha dörd nəfər yaralı isə stasionar yardım üçün hospitala çatdırılıblar. İnsidentdən sonra yarış dayandırılıb və bir daha canlandırılmayıb.

Qəza Flugplatz döngəsində baş verib, maşın hələlik məlum olmayan səbəb üzündən trasdan çıxıb və qoruyucu baryerlərdən sonra yerə düşüb. VLN çempionatının rəhbərliyi və yarışın təşkilatçıları bu hadisədən çox məyus olublar, hadisədən zərər çəkənlərə hər cür kömək etməyə hazır olduqlarını bildiriblər”.

Sürücü Yann Mardenboronun səhhəti ilə bağlı rəsmi məlumat yoxdur, amma videodan da göründüyü kimi sürücü maşını müstəqil tərk edib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*