O.Safnauer: “Stroll güclü sürücüdür”

Racing Point komandasının rəhbəri Otmar Safnauer bildirib ki, Ləns Strollun potensialı onu həyəcanlandırır.

 

F-1.az xatırladır ki, Lourena Stroll Force İndia komandasını satın aldıqdan sonra oğlunu da özü ilə gətirmişdi. Ancaq kanadalı sürücü Racing Point-dəki ilk mövsümündə istənilən səviyyədə çıxış edə bilməyib. Həm sıralanma, həm də yarış tempində komanda yoldaşı Peresə uduzan Ləns əksər yarışlarda xalsız qalıb.

Otmar Safnauer: “Lənsdə böyük potensial görürəm. Çox sürətli sürücüdür. Ancaq ona çox şey öyrətməliyik. Necə sürətli sürəcəyini biz ona öyrətmirik, çünki bunu bilir. Serxio ilə müqayisə etsək, sıralama tempində 0.2 saniyə geri qalır. Yarışda isə bu fərq daha azdır.

Formula1-dəki xırdalıqları bir gecədə öyrənə bilməzsiniz. Bunun üçün zamana ehtiyac var. Yaxşı mövsüm keçirdi və bəzi xallar qazandı. Əminəm ki, bu il daha güclü olacaq. Gözləntilərimizi qarşıladı. Ondan təsirləndik. Peres ilə birlikdə yaxşı iş gördülər. Bizimlə ilk mövsümüdür. Çeko isə uzun illərdir ki, buradadır. O da keçən il mükəmməl performans göstərdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*