S.Fettel: “Poulu qazanmağım məni təəccübləndirdi”

Mövsümün ilk sıralanma turunun nəticələri heç də gözlənilməz olmayıb: ilk üçlüyü keçən ilin vitse çempionu Sebastyan Fettel və Ferrari sürücüləri […]

Mövsümün ilk sıralanma turunun nəticələri heç də gözlənilməz olmayıb: ilk üçlüyü keçən ilin vitse çempionu Sebastyan Fettel və Ferrari sürücüləri qazanıblar. Hərçənd, sıralanma turundan sonra mətbuat konfransında gənc alman sürücü bildirib ki, poul qazanamsına çox təəccüblənib…

Sebastyan Fettel: «Poul qazanmağım məni təəccübləndirdi! Mövsümöncəsi testlərdə qüvvələr nisbətini söyləmək çətin idi. Aydındır ki, çempionatda dörd komanda rəqabətədavamlıdır və nəticələr də çox sıx oldu.

Düzünü desəm, dünən bizim üçün uğurlu olmadı, biz trasda nəzərdə tutduğumuz qədər dövrə vura bilmədik. Komanda bütün gecəni işləyib, mexaniklər yatmayıblar və səhər yorğun görünürdürlər, amma hamı mübarizəyə köklənmişdi.

Mən bilirdim ki, bizim əla maşınımız var, amma hər şeyi düzgün etmək lazım idi. Sıralanma turu yaxşı keçdi və əlbəttə, poul qazanmağa çox şadam və komandaya minnətdarlıq edirəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*