24 Oktyabr 2019, Cümə axşamı - 00:41

S.Fettel: “Bu gün hər şey tərsinə alındı”

S.Fettel: “Bu gün hər şey tərsinə alındı”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:38 - 12 May, 2010

Sebastyan Fettel üçün İspaniya Qran Prisi asan keçməyib. Alman sürücü yarışın birinci hissəsində liderlik edən komanda yoldaşı Mark Uebberi izləyib, […]

Sebastyan Fettel üçün İspaniya Qran Prisi asan keçməyib. Alman sürücü yarışın birinci hissəsində liderlik edən komanda yoldaşı Mark Uebberi izləyib, amma pit-stopda ləngidiyi üçün Lyuis Həmiltonu irəli buraxıb. Yarışın sonuna 10 dövrə qalmış əyləclərlə problemlər peyda olduğundan Fernando Alonsonu da irəli buraxıb, amma finişə iki dövrə qalmış Lyuisin yarışı tərk etməsi nəticəsində podiuma qalxa bilib. Red Bull-un gənc sürücüsü FİA-nın rəsmi mətbuat konfransında yarışı belə şərh edib…

Sebastyan Fettel: “Bu gün hər şey tərsinə alındı. Mən pis start almadım, amma mənim Markı qabaqlamaq şansım yox idi – həm də belə risk etməyə əsas yox idi. Tras mənim trayektoriyamda çox sürüşkən idi, ona görə də xarici radiusdan imtian etdim.

Sadəcə olaraq bu gün mən kifayət qədər sürətli deyildim və maşının balansı məni qane etmirdi. Mark bu gün öz liqasında çıxış edirdi. Hətta deyə bilmərəm ki, mən nə hiss edirəm. Üçüncü yer pis deyil, amma mənim yarışım asan olmadı.

Yaxşı ki, biz çoxlu xal topladıq. Çalışmaq lazımdır. Maşın sürətlidir, amma istənilən vəziyyətdə onun imkanlarından istifadə etməyi öyrənmək lazımdır. Hazırda buna bizim şansımız cəmi 50%-dir: Mark yarışı problemsiz keçirdi, məndə isə hər şey tərsinə oldu.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 276
Teqlər
Paylaş

logo