15 Sentyabr 2019, Bazar - 12:15

S.Fettel: “Biz gərgin mübarizədə qalib gəldik”

S.Fettel: “Biz gərgin mübarizədə qalib gəldik”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:51 - 24 May, 2011

2000-ci ildən bəri ilk dəfə İspaniya Qran Prisində pouldan start almayan sürücü qalib gəlib. Sebastyan Fettel mövsümdə dördüncü qələbəsini qazanıb […]

2000-ci ildən bəri ilk dəfə İspaniya Qran Prisində pouldan start almayan sürücü qalib gəlib. Sebastyan Fettel mövsümdə dördüncü qələbəsini qazanıb və jurnalistlərə bildirib ki, bu dəfə yarış asan olmayıb…

Sebastyan Fettel: “Mübarizə çox sıx idi, amma mən son iki dövrəni yaxşı keçdim və kifayət qədər üstünlük saxlaya bildim. Bizim yenə də KERS-lə problemimiz oldu – sistem gah işləyirdi, gah yox. McLaren və Lyuis bizə bacardıqları qədər pressinq edirdilər… Finiş xəttində damalı bayrağı görəndə sevindim.

Bugünkü çıxışımdan çox razıyam, əla nəticədir, hərçənd, çoxları bizdən qələbə gözləmirdilər. Ferrari və McLaren bizi rahat yaşamağa qoymurlar. Ona görə də mən çox xoşbəxtəm ki, biz onları gərgin mübarizədə üstələdik.

Finişə altı dövrə qalmış mən xoşagəlməz əmr eşitdim – mənə dedilər ki, KERS-dən istifadə edə bilmərəm. Bu barədə heç nə deyə bilmərəm – komanda daha yaxşı bilir ki, hansı sistem necə işləməlidir.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 188
Teqlər
Paylaş

logo