S.Fettel: “Biz bunu etdik!”

Sebastyan Fettel İstanbulda sıralanma turunda dominantlıq edib – hər bir sessiyada ən yaxşı nəticəyə imza atan alman sürücü karyerasında üçüncü […]

Sebastyan Fettel İstanbulda sıralanma turunda dominantlıq edib – hər bir sessiyada ən yaxşı nəticəyə imza atan alman sürücü karyerasında üçüncü poulunu qazanıb…

Sebastyan Fettel: “Mən sıralanma turunda çətinliklər gözləyirdim, amma biz poul qazana bildik və sabah əsas vəzifəmizi həll etməliyik. Qarşıda uzun, çətin və maraqlı yarış var. Biz rəqiblərdən geriqalmanı azaltmaq üçün hər şey edirik, bu asan deyil, amma maşınımız rəqabətədavamlıdır və burda bizim yaxşı şansımız var.

Dünən sərbəst yürüşlərdə motor imtina etmişdi və mən böyük məsafə qət edə bilmədim. Bu gün sıralanma turunun hər bir sessiyasında birinci olmağım məni təəccübləndirdi, nəhayət, biz bunu etdik! Keçən yarışlarda da biz uğur qazanmağa çalışırdıq və bu gün Brawn GP maşınlarını qabaqladıq, baxaq görək sabah nə olacaq.”

Sebastyan Fettel keçən il Monsada və bu il Çində pouldan start alıb, hər iki yarışı qələbə ilə başa vura bilib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*