F.Alonso: “Braziliyada azarkeşlər elə bil yanınızda oturur”

Meksika yarışında uğursuzluq yaşayan Fernando Alonso Braziliya yarışını səbirsizliklə gözlədiyini bildirib.

F-1.az xatırladır ki, ispaniyall sürücü Meksika yarışını komanda yoldaşı Battonun arxasında – 13-cü yerdə tamamlamışdı.

Amma 35 yaşlı sürücü Braziliya yarışına ümidlidir: “Məncə, peletondakı hər sürücü burada yarışmaqdan həzz alır. Bu tras xüsusidir. Son yarışda azarkeşlərin nə qədər təsiri olduğunu gördük. Braziliyada da eyni vəziyyət olacaq. Burada elə ab-hava olur ki, elə bil azarkeşlər yanınızda oturub. Onların bu dəstəyindən sonra sizin özünüzə inamınız da artır.

Qısa traslarda yarışmaq həmişə zövq verir. Start xəttini keçdikdən sonra sizi S döngəsi və bir düzlük qarşılayır. Yarışmağın ən çox həzz verdiyi yerlərdən birindəyik. Meksikadakı pis nəticəni burada kompensə edəcəyimizdən əminəm. Ümid edirəm ki, işlər istədiyimiz kimi gedər və daha yaxşı xallar alarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*