F.Alonso: Fettelin nə edəcəyini bilmirəm

F-1.az xəbər verir ki, İkiqat dünya çempionu Fernando Alonso ən böyük rəqiblərindən olmuş Sebastyan Fettelin karyerasını başa vurması ilə bağlı fikirlərini bölüşüb.

Fernando Alonso: “Fettelin indi hansı hisslər keçirdiyini bilmirəm, amma mən geri dönəcəyimi bilirdim. 2018-ci ildə sonuncu yarışda maşınımın arxa qanadında “Tezliklə görüşərik” yazısı var idi, birdəfəlik vidalaşmırdım. Əvvəlcə 2021-ci il mövsümünü qayıtmaq üçün bir fürsət hesab etdim, çünki yeni reqlament tətbiq olunmalı idi. Formula1-i həmişə sevdim və hiss etdim ki, hər şeyin yeniləndiyi bir vaxtda geri qayıtmaq mümkün olacaq”.

Xatırladaq ki, 2018-ci ildə F1 karyerasına fasilə verən ispan sürücü 2021-ci ildə yenidən peletondakı yerini alıb.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*