Saxir, 19 fevral

Çempionatın üç komandası – Ferrari, BMW Sauber və Toyota bu gün iki dördgünlük Bəhreyn testlərini başa vurublar. Əgər keçən həftə […]

Çempionatın üç komandası – Ferrari, BMW Sauber və Toyota bu gün iki dördgünlük Bəhreyn testlərini başa vurublar. Əgər keçən həftə komandaların işinə hava mane olmuşdusa (qum fırtınası üzündən avtodrom iki gün bağlı qalmışdı), bu həftə hər şey qaydasında olub – səmadan günəş əskik olmayıb, səhradan trasa qum gətirə biləcək külək əsməyib. Testlərin sonuncu günü isə protokollara Felipe Massa başçılıq edib.

Braziliyalı sürücü yeni F60-ın sazlanmaları və konfiqurasiyası ilə işləyib, bir neçə yeni elementi yoxlayıb və motorla ötürmələr qutusunun etibarlılığını yoxlamaqda davam edib. Günün gedişində xırda problemlər baş verib, səhər qırmızı Ferrari hətta trasda dayanıb, lakin mexaniklər elektrik nasazlığını cəld aradan qaldırıblar.

Nik Haydfeld ikinci olub, alman sürücü asılqanların və aerodinamikanın sazlanması üzərində işləyib, bir neçə dəfə start prosedurunu yoxlayıb və günü uzun seriyalı dövrələrlə başa vurub – Bəhreyndə səkkiz gün ərzində yeni maşın 3695 km məsafə qət edib. BMW Sauber növbəti dəfə testlərə martın 1-də Xeresdə çıxacaq…

Timo Qlok üçüncü olub, amma o günün çox hissəsini boksda mexaniklərin işinə tamaşa etməli olub – səhər TF109-da hidravlik problemlər əmələ gəlib. Toyota da Xeresdə keçiriləcək növbəti testlərə qatılacaq…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. F.Massa Ferrari Ferrari 1:32.162 113
2. N.Haydfeld BMW Sauber BMW + 0:00.063 122
3. T.Qlok Toyota Toyota + 0:00.283 65

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*