Sauber təqdimat tarixini açıqlayıb

Alfa Romeo Sauber komandası təqdimat tarixini açıqlayan beşinci kollektiv olub.

F-1.az bildirir ki, isveçrəlilər 2019-cu il bolidini fevralın 18-i yerli saatla 08:20-də təqdim edəcəklər. Xatırladaq ki, Sauber komandası 2018-ci il mövsümünün ikinci hissəsindən 2019-cu ilin bolidinə fokuslanıb. Beləliklə, C38 Barselonadakı mövsümöncəsi testlərin ilk günündə təqdim ediləcək.

Qeyd edək ki, komandanın heyəti 2007-ci ilin Dünya Çempionu Kimi Rəykkönen və Antonio Covinatsidən ibarətdir…