Sauber şassisi və “təkər faktoru”

Bu il Sauber komandası çempionatın top-komandaları ilə bərabər mübarizəyə qatıla bilər, çünki C29 şassisi komandanın sürücülərinə təkərlərlə daha səliqəli davranmağa […]

Bu il Sauber komandası çempionatın top-komandaları ilə bərabər mübarizəyə qatıla bilər, çünki C29 şassisi komandanın sürücülərinə təkərlərlə daha səliqəli davranmağa imkan verir – bu Bridgestone firmasının mütəxəssislərinin fikridir. Mövsümöncəsi testlərdə Sauber maşınları yaxşı sürət nümayiş etdiriblər, amma məlum olanda ki, C29 maşınında təkərlər liderlərin maşınlarında olduğundan daha az yeyilir, komanda əlavə nikbinlik payı qazanıb.

Şassinin bu xüsusiyyəti ikiqat üstünlük verə bilər: birincisi, Sauber sürücüləri sıralanma turunun finalına daha yumşaq təkərlərlə çıxa bilərlər, ikincisi, bu Qran Pri məsafəsini daha stabil keçmək imkanı verir. Hirohide Hamaşimanın fikrincə, top-komandaların maşınlarında təkər bərabər səviyyədə yeyilir, amma Sauber xüsusi haldır…

Hirohide Hamaşima: “Biz bütün komandalardan aldığımız məlumatları təhlil və müqayisə edirik, deyə bilərik ki, dörd ən sürətli maşında təkərlərin yeyilmə dərəcəsi eyni səviyyədədir. Startda maşınların baklarında 150 kq yanacaq olanrkən yeyilmələr arasında fərq çox azdır, həm Medium tərkibində, həm də Soft tərkibində. Mənə elə gəlir ki, maşınların sürətləri də bərabər olacaq. Amma Sauber daha yükəsk stabillik nümayiş etdirir.

Hərçənd, Bəhreyn trasında təkərlər elə də güclü yüklənmələrə məruz qalmırlar, amma hesab edirəm ki, Sauber komandası bu üstünlüyü sayəsində rəqiblərindən fərqli taktiki sxemlər tətbiq edə bilər. Məsələn, əgər bu maşınlar sıralanma turunun son sessiyasına keçsələr yumşaq təkərlərlə trasa çıxa bilərlər. Bu maşınları təkərlərə qarşı amansız olan Barselona trasında izləmək maraqlı olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*