15 Oktyabr 2019, Çərşənbə axşamı - 13:13

Sauber komandası adını dəyişə bilər

Sauber komandası adını dəyişə bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:02 - 09 Mart, 2010

Sauber komandası BMW konserni çempionatı tərk edəndən və komandanı Peter Zauberə verdikdən sonra adında Bavariya zavodunun üçhərflik abbreviaturasını saxlayıb. Amma […]

Sauber komandası BMW konserni çempionatı tərk edəndən və komandanı Peter Zauberə verdikdən sonra adında Bavariya zavodunun üçhərflik abbreviaturasını saxlayıb. Amma komandanın mövsümə hazırladığı C29 maşınlarında Ferrari motorları çalışacaq və addəyişmə qaçılmazdır – BMW Sauber Ferrari ifadəsi avtoidman ənənələrinə sığmır.

Komandanın adının dəyişməsi uzun, məsrəfli və bir çox razılaşmalar tələb edən üzücü prosesdir. Deyilənlərə görə, Sauber komandası titul sponsorun gəlişini gözləyir və məhz yeni sponsor adın dəyişməsini də maliyyələşdirəcək.

Danışıqlar hələ davam edir, amma komandanın mətbuat xidməti rəsmi sənədləri yeni loqotip altında göndərir – Ferrari-yə xas olan qırmızı fonda böyük S hərfi və komandanın adı Sauber Motorsport, hərçənd, çempionatda və FİA-nın sənədlərində komandanın adı hələ də BMW Sauber-dir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 240
Teqlər
Paylaş

logo