S.Fettel: “Geridönüş etdik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, cümə günündən sonra yaxşı geridönüş ediblər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Kanadadakı sıralanma turunda ən yaxın rəqibi Bottası 0.1 saniyə qabaqlayaraq 2001-ci ildən sonra Ferrari-yə Kanadada ilk poulu gətirib.

Sebastyan Fettel: “Dünən bir az problem yaşayırdıq. Boliddən narazı idim və istədiyim kimi məlumat toplaya bilmədim. Çətin gün olsa da, geridönüş edə bildik. Bolid inanılmaz idi. Hər dövrə daha da sürətləndim. Son cəhdimdə kiçik səhv etsəm də, əla dövrə idi. Çox xoşbəxtəm. Buradakı fanatlar mükəmməl idilər. İkinci döngədə bizə əl yelləyirdilər. Onların da dəstəyi ilə gözəl nəticə aldım. Görək yarış necə olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*