R.Şumaher: “Sauber hamını təəccübləndirə bilər”

Speedweek həftəliyinə müsahibəsində Ralf Şumaher qarşıdakı mövsümdə qüvvələr nisbətindən söhbət açıb… Ralf Şumaher: “Sauber hamını təəccübləndirə bilər – mövsümöncəsi testləri […]

Speedweek həftəliyinə müsahibəsində Ralf Şumaher qarşıdakı mövsümdə qüvvələr nisbətindən söhbət açıb…

Ralf Şumaher: “Sauber hamını təəccübləndirə bilər – mövsümöncəsi testləri izləyən ekspertlərdən eşitmişəm ki, onlar həqiqətən sürətli maşın hazırlayıblar.

Bu il çox şeyi komandaların daxilindəki vəziyyət həll edəcək. Qarşıdurmalar olacaq, Həmiltonla Battonun McLaren-dəki mübarizəsi gərgin olacaq, elə Alonso və Massa da Ferrari-də onlardan geri qalmayacaqlar. Felipe sübut etməyə çalışacaq ki, keçənilki qəzadan sonra sürətini itirməyib və Fernandoya pressinq tətbiq edəcək.

Mercedes GP konfliktə yol verməyəcək, mən şirkətin siyasəti ilə DTM-dən tanışam, Red Bull-dakı qarşıdurmaya gəlincə, Sebastyanın şansları yüksəkdir – o titul uğrunda mübarizəyə ümid edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*