R.Kubitsa və X.Algersuari kartinq sürəcəklər

BMW Sauber komandasının sürücüsü Robert Kubitsa və Toro Rosso komandasının debütantı Xayme Algersuari KZ1 sinfində kartinq üzrə dünya çempionatının son […]

BMW Sauber komandasının sürücüsü Robert Kubitsa və Toro Rosso komandasının debütantı Xayme Algersuari KZ1 sinfində kartinq üzrə dünya çempionatının son yarışında iştirak edəcəklər, yarış 3-6 sentyabrda İtaliyanın Sarno şəhərində keçiriləcək.

Bu ilin yanvarında özünün kartinq komandasını yaratmasını elan edən Kubitsa öz sifarişi ilə İtaliyanın Birel firmasının hazırladığı kartı yoxlayacaq. Testlərdə yeni kartları texniki problemlər müşaiyət edirdi, amma yarışa kimi problemlər həll olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*