23 Sentyabr 2019, Bazar ertəsi - 06:55

R.Kubitsa intensiz terapiya şöbəsini tərk edib

R.Kubitsa intensiz terapiya şöbəsini tərk edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:23 - 11 Fevral, 2011

Keçən bazar günü ağır qəzaya uğramış polşalı sürücü Robert Kubitsa yeddisaatlıq cərrahiyə əməliyyatından sonra qoyulduğu intensiv terapiya şəbəsindən adi palataya […]

Keçən bazar günü ağır qəzaya uğramış polşalı sürücü Robert Kubitsa yeddisaatlıq cərrahiyə əməliyyatından sonra qoyulduğu intensiv terapiya şəbəsindən adi palataya keçirilib. Bir gecə burada qaldıqdan sonra sabah səhər Roberti növbəti cərrahiyə müdaxiləsi gözləyir – həkimlər sürücünün ayağını və çiynini əməliyyat etməlidirlər.

Dörd saat davam edəcək sabahkı əməliyyatdan sonra Kubitsa bərpa prosesini keçmək üçün yenidən intensiv terapiya şöbəsinə yerləşdiriləcək. Amma, həkimlərin sözlərinə görə, əgər hər şey qaydasında olarsa, Robert artıq gələn həftə Pyetra Liqurdakı Santa Corona hospitalını tərk edə biləcək. İlkin plana əsasən polşalı sürücü hospitalı gələn cümə tərk edəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 234
Teqlər
Paylaş

logo