R.Kubitsa Ferrari ilə danışıqları təsdiq edib

Monsada Robert Kubitsa təsdiq edib ki, mövsümün qalan yarışlarında Ferrari-də zədələnmiş Felipe Massanı əvəz etməsi barədə komanda ilə danışıqlar aparıb. […]

Monsada Robert Kubitsa təsdiq edib ki, mövsümün qalan yarışlarında Ferrari-də zədələnmiş Felipe Massanı əvəz etməsi barədə komanda ilə danışıqlar aparıb. Amma komanda Cankarlo Fizikellanı seçib, polşalı sürücü isə jurnalistlərə deyib ki, mövsümün gedişində yeni maşınlara adaptasiyanın çətinliyi üzündən bu fikrindən daşınıb…

Rosbert Kubitsa: “Biz Ferrari ilə danışıqlar aparırdıq və onlar tərəfindən maraq var idi, amma mövsümün gedişində komandanı dəyişmək həmişə çətindir. Məncə, Monsada BMW Sauber maşını çox rəqabətədavamlı olacaq, mən komandada qaldığıma görə çox razıyam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*