24 Mart 2019, Bazar - 23:45

Rəsmən: Sürətli dövrəyə görə bir xal veriləcək!

Rəsmən: Sürətli dövrəyə görə bir xal veriləcək!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:11 - 12 Mart, 2019

Formula1 üzrə 70-ci Dünya Çempionatının başlamasına bir neçə gün qalmış Beynəlxalq Avtomobil Federasiyası (FİA) tarixi qərar qəbul edib – çempionatın ilk illərində olduğu kimi sürücülər yenə də sürətli dövrəyə görə bir xal qazanacaqlar.

F-1.az xatırladır ki, bu məsələ bir neçə gün əvvəl FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının toplantısında müzakirə olunmuş və itirakçıların rəğbətini qazanmışdı. Strateji İşçi Qrupun və F1 Komissiyasının dünən gecə başa çatmış elektron səsverməsi də yeniliyin elə cari mövsümün ilk yarışından tətbiq olunmasına qərar verib.

Ona görə də bu həftəsonu Albert Parkda ən sürətli dövrəyə imza atmış sürücü yarışı ilk onluqda başa vurarsa, aktivinə əlavə bir xal da yazacaq. Bu xal həm sürücülərin çempionatında, həm də Mühəndislər Kubokunda nəzərə alınacaq.

Yenilik trasda taktiki mübarizəyə daha bir element əlavə edəcək – çünki ilk onluqda qərarlaşan sürücülər finişə yaxın bu dəyərli xal uğrunda da mübarizə aparacaqlar.

Formula1 tarixinin 1000-ci yarışı ərəfəsində (Çin Qran Prisi) belə bir qərarın qəbul olunması, çempionatın ənənələrə qayıdışını simvolizə edir – axı 1950-1959-cu illərdə də sürətli dövrəyə görə sürücülərə bir xal verilirdi.

Ross Braun: “FİA ilə birlikdə yarışların baxımlılığını artıran, amma bizim idmanın prinsiplərinə zidd olmayan qərar və təkliflərin dəyərləndirilməsi ilə məşğuluq. Biz hesab edirik ki, 60 illik fasilədən sonra sürətli dövrəyə görə bir xalın verilməsi düzgün istiqamətdə atılmış bir qərardır.

Biz bu qərarı son bir neçə ay ərzində müzakirə etdik, müsbət və mənif cəhətlərini xırdalqılara qədər təhlil etdik, dünyanın bir çox ölkələrindən azarkeşlərin fikirlərini öyrəndik.

Bir çox yarışlarda son dövrələrdə eşidirdik ki, sürücü radio ilə komanda körpüsündən sürətli dövrənin kimə məxsus olduğunu soruşur. İndi isə bu, sadəcə rekord və ya nüfuz məsələsi olmayacaq – indi konkret stimul var, ona görə də yarışın son dövrələri daha maraqlı olacaq.

Bəzən irəliyə getmək üçün ənənələri yada salaraq keçmişə qayıtmaq da faydalıdır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 788
Teqlər ,
Paylaş

logo