Rəsmən: Peres İspaniyada qayıdır

Racing Point komandasının sürücüsü Serxio Peres bu həftəsonu keçiriləcək İspaniya yarışında yenidən sükan arxasına qayıdacaq.

F-1.az xatırladır ki, meksikalı sürücü Britaniya Qran Prisindən əvvəl koronavirusa yoluxmuş və Silverstounda ardıcıl keçirilmiş yarışlarda iştirak edə bilməmişdi. Bu dövrdə Peresi sabiq komanda yoldaşı Niko Hülkenberq əvəz etmişdi və Yubiley yarışında 7-ci yeri tutmuşdu.

Racing Point komandası Niko Hülkenberqi də hər ehtimala qarşı İspaniyaya gətirmişdi, amma Peresin koronavirus testi neqativ çıxdığı üçün almaniyalı sürücü evinə qayıtmalı olacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*