Rəsmən: Formula1-in 2021-ci il mövsümü üçün təqvimi təsdiqlənib

Ümumdünya Şurası pandemiya ilə mübarizə aparılan bir dövrdə 17 yarışlıq mövsüm təşkil edərək başa çatdırması münasibəti ilə Formula1 rəhbərliyini təbrike edib.

F-1.az bildirir ki, Jan Todt indiyə qədər F1-in rəhbəri postunu tutmuş Çeyz Keriyə xidmətlərinə görə təşəkkür edib, onu yanvar ayından etibarən əvəzləycək olan Stefano Domenikalini salamlayıb.

Bir ay əvvəl təqdim olunan ilkin versiyadakı kimi, çempionat martın 21-də Melburnda start alacaq və dekabrın 5-də Əbu Dabidə başa çatacaq. Ümumilikdə, təqvimdə 23 mərhələ planlaşdırılıb, amma Vyetnamda yarışın keçiriləcəyi tarix – 25 aprel hələ də boş saxlanılıb.

Bakıda baş tutacaq Azərbaycan Qran Prisinin iyunun 6-da keçirilməsi planlaşdırılıb. Barselonadakı yarış təqvimə əvvəlcədən daxil edilsələr də, müqavilənin şərtləri barədə razılığa ehtiyac var.

Tarix Qran Pri Keçirilmə yeri
21 mart Avstraliya Melburn
28 mart Bəhreyn Saxir
11 aprel Çin Şanxay
25 aprel Sonra elan olunacaq Sonra elan olunacaq
9 may* İspaniya Barselona
23 may Monako Monako
6 iyun Azərbaycan Bakı
13 iyun Kanada Monreal
27 iyun Fransa Le Kastelle
4 iyul Avstriya Şpilberq
18 iyul Böyük Britaniya Silverstoun
1 avqust Macarıstan Budapeşt
29 avqust Belçika Spa
5 sentyabr Niderland Zandfort
12 senyuabr İtaliya Montsa
26 sentyabr Rusiya Soçi
3 oktyabr Sinqapur Sinqapur
10 oktyabr Yaponiya Suzuka
24 oktyabr ABŞ Ostin
31 oktyabr Meksika Mexiko
14 noyabr Braziliya San Paulu
28 noyabr** Səudiyyə Ərəbistanı Ciddə
5 dekabr Əbu Dabi Yas Marina

* – müqavilənin dəqiqləşdirilməsi tələb olunur

** – trasın hazırlanması prossesi tamamlanmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*