Rəsmən: Fettel gələn il Aston Martin-də yarışacaq

Formula1 üzrə dördqat Dünya Çempionu Sebastyan Fettel gələn ildən Aston Martin-də yarışacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücünün ilin sonunda Ferrari-dən ayrılacağı məlum olsa da, gələcəyi müəmmalı idi. Dördqat Dünya Çempionunun adı Mercedes, Racing Point və Red Bull-la hallansa da, hər üç komandanın rəhbərliyi bu xəbəri təkzib etmişdilər.

Amma Racing Point komandası dünən Pereslə yollarını ayırdıqdan sonra heç vaxt itirməyərək Sebastyan Fetteli sıralarına qatdıqlarını elan ediblər. Müqavilənin isə hələ də neçə illik olduğu bilinmir.

Sebastyan Fettel: “Gələcəyimlə bağlı həyəcanverici bu xəbəri açıqladığımçün sevincliyəm. Gələn il Aston Martin-də çıxış edəcəm və buna görə qürurluyam. Onlar əfsanəvi avtomobil şirkətidirlər və mənim üçün yeni macəra olacaq. Komandanın builki nəticələrindən təsirləndim və gələcəkləri parlaqdır”.

Otmar Safnauer: “Silverstoundakı bütün işçilərimiz bu xəbərə görə həyəcanlıdır. Sebastyan Dünya Çempionudur və Aston Martin-ə qələbə mentallığı gətirəcək. O, dünyanın ən yaxşılarından biridir.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*