Rəsmən: Briatore yenidən Formula1-də!

Renault komandasının sabiq rəhbəri Flavio Briatore Formula1-in səfiri olaraq idmana qayıdır.

F-1.az xatırladır ki, qış aylarından Flavionun Alpine ilə idmana qayıdacağı iddia edilirdi. Bu iddiaların bir hissəsi düz çıxdı: Flavio idmana qayıtdı, amma Alpine ilə yox, Formula1-in səfiri kimi.

Qeyd edək ki, Briatore 2009-cu ildə 2008-ci ilin Sinqapur yarışında təşkil etdiyi qəza qalmaqalına görə idmandan uzaqlaşdırılmışdı. Daha sonra apellyasiya ilə cəzası ləğv olunsa da, idmanda heç bir rolda iştirak etməmişdi.

Briatore artıq Formula1-in həm səfiri, həm də məsləhətçisi olacaq. Qeyd edək ki, italiyalı mütəxəssis daha əvvəl Benetton və Renault komandalarında rəhbər olmuş və dəfələrlə çempionluq qazanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*