Rəsmən: Audi mövsümün sonunda çempionatı tərk edəcək

Audi bu mövsümün sonunda DTM-dən ayrılacağını rəsmi olaraq elan edib.

F-1.az bildirir ki, bunu elan edən şirkətin direktorlar şurasının sədri Markus Duysman Audi-nin hədəflərindən birinin elektrik enerjisini avtomobillər üçün enerji mənbəyi kimi populyarlaşdırmaq olduğunu qeyd edib və Formula E-ni bir nümunə olaraq göstərib. Xatırladaq ki, şirkət məhz bu seriyada çıxışlarını davam etdirir və bu seriyanı ən məntiqli və faydalı hesab edir.

Audi 1990-cı ildən bəri DTM-də təmsil olunur, markanın avtomobillərində 114 qələbə qazanılmış və 11 dəfə sürücülər ttula sevinmişdilər. Son titulu keçən mövsüm almaniyalı sürücü Rene Rast bayram etmişdi.

Audi-nin DTM-dən getməsi bütövlükdə çempionatın varlığını təhlükə altına qoyub. Xatırladaq ki, bir il əvvəl Mercedes turniri tərk etmişdi və onu çempionatda əvəz edən Aston Martin markası da cəmi bir ildən sonra çempionatdan getmişdi. Beləliklə, yalnız BMW hələ çempionatda iştirakından imtina etməyib – amma DTM bütün tarixində heç vaxt bir markanın çempionatı olmayıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*