Renault yeni elementləri yoxlayacaq

Bir azdan başlayacaq sərbəst yürüşlrədə Renault komandası çox vacib bir məsələni həll edəcək: yarış ərəfəsində maşının aerodinamikası növbəti dəfə modernizə […]

Bir azdan başlayacaq sərbəst yürüşlrədə Renault komandası çox vacib bir məsələni həll edəcək: yarış ərəfəsində maşının aerodinamikası növbəti dəfə modernizə olunub və indi yeniliklərin effektliyini üzə çıxarmaq lazımdır, xüsusən yeni antiqanadın və ikili diffuzorla əlaqəli maşının arxasında dəyişdirilmiş bəzi elementlərin…

Renato Bizinyani, komandanın meneceri: “Sürücülər qarşısında müxtəlif məsələlər qoyulub. Alonsonun maşınında yeniliklərin hamısı tətbiq olunub, Pikenin R29-unda isə bu yeniliklərin bir hissəsi. Sessiyaların gedişində biz bütün bu detalların işini qiymətləndirməliyik və onların şənbə və bazar günlərində istifadəsinin məqsədəuyğunluğunu müəyyən etməliyik.

Bundan başqa səhər Pike hər iki təkər tərkibinin yeyilməsini öyrənəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*