Renault Pike ailəsini məhkəməyə verib

Renault komandası və onun başçısı Flavio Briatore ata-bala Pikelərə qarşı məhkəmə işi qaldırıblar – braziliyalılar şantajda ittiham olunurlar. Sentyabrın 21-də […]

Renault komandası və onun başçısı Flavio Briatore ata-bala Pikelərə qarşı məhkəmə işi qaldırıblar – braziliyalılar şantajda ittiham olunurlar. Sentyabrın 21-də Renault-nun işinə FİA-nın Ümumdünya Şurası baxacaq, çünki komanda keçənilki Sinqapur Qran Prisinin nəticələrinə təsir etməkdə ittiham olunur – yarışda Fernando Alonso qalib gəlmişdi…

Bu ittihamlar Nelsinyo Pikenin FİA-ya ünvanladığı məktuba əsaslanır, amma Briatore bütün ittihamları rədd edib və ata-balanı məhkəmə ilə hədələyib. Bu gün səhər tezdən Renault hədədən konkret əmələ keçib və komandanın mətbuat xidməti rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir: “FİA-nın Ümumdünya Şurası sentyabrın 21-də növbədənkənar iclas keçirəcək. Renault iclasda iştirak edəcək və Nelson və Nelsinyo Pikelərin ittihamlarına cavab verəcək. FİA-nın araşdırma apardığı müddətdə Renault şərhlərdən çəkinib.

Amma bu gün komanda vənonun icraçı direktoru Flavio Briatore bildirmək istəyirlər ki, onlar Fransa Məhkməsinə müraciət ediblər və ata-bala Pikeləri yalan və şantajda ittiham ediblər. Bu ittihamıar Böyük Britaniyanın polisinə də təqdim olunacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*