Renault isə Barselona testlərindən imtina edib

Deyəsən, Renault-da yeni maşının problemləri davam edir. Xatırladaq ki, yeni maşının təqdimatından sonra Portimaoda ilk test sessiyası yağış altında keçmişdi […]

Deyəsən, Renault-da yeni maşının problemləri davam edir. Xatırladaq ki, yeni maşının təqdimatından sonra Portimaoda ilk test sessiyası yağış altında keçmişdi və komanda nəzərdə tutduğu test proqramını tam yerinə yetirə bilməmişdi. Amma artıq o zaman məlum olmuşdu ki, yeni R29-un idarə olunması və trasda stabilliyi yüksək səviyyədə deyil və maşınla trasda ilk tanışlığından sonra Fernando Alonso məyusluğunu gizlətməmişdi…

Bu günlərdə Xeres testlərində maşınla işləyən Nelsinyo Pike testlərdə çox az məsafə qət etdiklərindən narahatdır, çünki yeni maşının davranışını öyrənmək üçün böyük məsafələr qət etmək lazımdır, nasazlıqlar üzündən isə bunu etmək olmur.

Komanda bu gün gələn həftə üçün planlaşdırdığı şəxsi testlərdən imtina edib, komanda Ənstoundakı bazasında şassi üzərindəki işlərini davam etdirəcək və “uşaq xəstəlikləri”ndən qurtulmağa çalışacaq. Mövsümün startına kimi Renault Хересе-də və bəlkə Portimaoda daha iki test sessiyasına qatılacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*