15 Oktyabr 2019, Çərşənbə axşamı - 03:22

Red Bull komandası Cosworth motorlarına keçə bilər?

Red Bull komandası Cosworth motorlarına keçə bilər?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:29 - 13 Oktyabr, 2009

Almaniyanın Auto Motor Und Sport jurnalının yaydığı mlumata görə, Red Bull komandası və Cosworth şirkəti tezliklə motor təchizatı barədə müqavilə […]

Almaniyanın Auto Motor Und Sport jurnalının yaydığı mlumata görə, Red Bull komandası və Cosworth şirkəti tezliklə motor təchizatı barədə müqavilə imzalaya bilərlər. Belə bir gözlənilməz qərarın qəbul olunmasına səbəb konkret motorun xüsusiyyətlərini nəzərə almaqla gələn ilin maşınını layihələşdirməyin zərurliyidir.

Şayiələrə görə, Red Bull komandasının texniki departamanetinin başçısı Ədrian Nyui motor təchizatı məsələsinin tez bir zamanda həll olunmasını tələb edir. Alman ekspertlərin fikrincə, belə bir vəziyyətdə Red Bull ilkin qiymətləndirmələrə əsasən daha zəif və qənaətcil olan motorlara razılaşa bilər.

Auto Motor und Sport-un yazdığına görə, bu yaxınlarda Cosworth ştatını gücləndirib: Mercedes-Benz-də çalışan 4 aparıcı mütəxəssis işə götürülüb. Həmdə son şayiələrə görə, Cosworth Almaniyanın məşhur Porsche şirkəti ilə əməkdaşlıq edəcək. Əgər bu deyilənlər həqiqət olsa, onda Cosworth-un Formula1 komandalarına rəqabətədavamlı motor vermək şansı artacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 222
Teqlər
Paylaş

logo