Red Bull KERS-dən istifadə edəcək?

Red Bull komandası Belçika Qran Prisindən başlayaraq kinetik enerjinin rekuperasiya sistemindən (KERS) istifadə imkanlarını nəzərdən keçirir. Mövsümün əvvəlindən komanda KERS-dən […]

Red Bull komandası Belçika Qran Prisindən başlayaraq kinetik enerjinin rekuperasiya sistemindən (KERS) istifadə imkanlarını nəzərdən keçirir. Mövsümün əvvəlindən komanda KERS-dən istifadə etməyib, amma sistemin verdiyi üstünlük titul uğrunda mübarizədə həlledici ola bilər. Qərar bu günlərdə qəbul ediləcək…

Kristian Horner: “Biz KERS-dən istifadə imkanalrını nəzərdən keçiririk. Keçən yarışda da, Valensiyada da sistem böyük üstünlük verir, ona görə də biz onun istifadəsindən imtina etməmişik. Bizim sistem hazırdır, amma biz vəziyyəti yarışdan yarışa qiymətləndirəcəyik.”

Britaniyanın Autosport saytı yazır ki, Red Bull yeganə komandadır ki, Valensiya və Spa yarışları arasındakı birhəftəlik fasilə zamanı maşınlarını bazaya göndərəcək, bəlkə də KERS-in quraşdırılması üçün. Titul uğrunda mübarizədə Red Bull-un yaxın rəqibi Brawn GP komandası isə KERS-dən istifadəni planlaşdırmır…

Ross Braun: “Biz şassini son anda Mercedes motorları üçün adaptasiya edərkən, vəziyyət elə alındı ki, KERS-ə yer qalmadı – daha doğrusu maşının çəkisi ağır olur. Təəssüf ki, bu bizim seçim deyil. Mövsümün gedişində testlərsiz KERS-dən istifadəyə keçid böyük riskdir. İstənilən nasazlıq qüvvələr nisbətinə təsir edə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*