Red Bull Ferrari-ni qabaqlamaq istəyir

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Mühəndislər Kubokunda Ferrari-ni qabaqlamaq istəyirlər.

F-1.az xatırladır ki, avstriyalılar son 3 yarışda 91 xal topladığı halda, Ferrari cəmi 22 xal toplaya bilib. Hazırda iki komanda arasındakı xal fərqi 92-yə düşüb.

Helmut Marko: “Ferrari-yə çatmaq bir az çətin olacaq, amma vəziyyətimiz yaxşıdır. Son yarışlarda güclü nəticələr əldə etdik. Bunu bacarsaq, əla olar. Ancaq növbəti yarışlarda mühərriklə bağlı cəzalar alacağıq. Hər iki bolidimizin mühərriyi ən azı bir dəfə dəyişiləcək. Bu da o deməkdir ki, yarışlara geridən başlayacağıq. Cəzaları fərqli yarışlarda almağı planlaşdırırıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*