M.Binotto: Göstəricilər yalan demir

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, göstəricilər yalan demirlər.

F-1.az xatırladır ki, “qırmızılar” Ştirya Qran Prisində də sıralanma turunu 10 və 11-ci yerdə bağlaylblar. Bu isə o deməkdir ki, bu həftə gətirilən yeniliklər bir işə yaramayıb.

Mattia Binotto: “Çox məyusuq. Göstəricilər yalan demirlər. İlk sıralanma turunda hava şəraiti fərqli idi, ancaq bu həftə də rəqabətədavamlı deyildik.

Yenilikləri vaxtından əvvəl gətirmək üçün əlimizdən gələni etdik. Ancaq bunların heç bir nəticəsini görmədik. Zəifliyimizin səbəbini tapıb düzəltməliyik. Hazırkı vəziyyət Ferrafi üçün yaxşı deyil. Reallıqları görməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*