20 Oktyabr 2019, Bazar - 12:50

R.Braun: “Mixael rəqabətədavamlı olacaq”

R.Braun: “Mixael rəqabətədavamlı olacaq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:47 - 08 Avqust, 2009

Ross Braun uzun illər Mixael Şumaherlə birlikdə işləyib, riskli, amma səmərəli strategiyalar hazırlayan təcrübəli mühəndisin və bu strategiyaları reallaşdıran sürücünün […]

Ross Braun uzun illər Mixael Şumaherlə birlikdə işləyib, riskli, amma səmərəli strategiyalar hazırlayan təcrübəli mühəndisin və bu strategiyaları reallaşdıran sürücünün ittifaqı yaddaqalan qələbələrə səbəb olub. 2006-cı ildə karyerasını başa vuran Mixael zədələnmişı Felipe Massanı əvəz etmək üçün bu il yarışlara qayıtmağı qərara alıb. Ross Braun isə artıq öz komandasında çalışır, amma Mixaeli yenidən trasda görməyi səbirsizliklə gözləyir…

Ross Braun: “Mən əminəm ki, Şumaher rəqabətədavamlı olacaq, mən onun Braziliyada son yarışını yaxşı xatırlayıram. Aydındır ki, əvvəlcə o maşınla yaxından tanış olmalıdır, amma o mövsümün yerdə qalan yarışlarında heç birində qələbə qazanmasa, bu onun günahı olmayacaq, bu il Ferrari maşını qələbə uğrunda mübarizə aparmağa imkan vermir.

Massanın qəzasından sonra Mixaelin sükan arxasında oturmağa razı olması təbiidir, amma burda daha bir aspekt vacibdir – o bilir ki, bu əvəzləmə müvəqqətidir. Mixael həmişə yarışlara ciddi yanaşıb, o əvvəlki motivasiya ilə qayıdacaq, amma vaxtını şən keçirmək üçün. Şəxsən mən səbirsizliklə onun qayıtmasını gözləyirəm, həyəcanlıyam və tezliklə onu trasda görmək istəyirəm.

Formula1 maşını sürmə cəhətdən dəyişməyib, ən böyük çətinlik sliklər olacaq, amma bunu problem adlandırmaq olmaz, əksinə, novçasız təkərlər maşının sürülməsini asanlaşdırır. Bəli, o Valensiya ilə tanış deyil, amma ona trenajor kömək edəcək.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 232
Teqlər
Paylaş

logo