R.Barrikello: “Təkər seçimi həlledici olacaq”

İstanbul uik-endi Brawn GP sürücüləri üçün yaxşı başlamasa da bu gün vəziyyət bir qədər düzəlib. Dünən hər iki maşına trasla […]

İstanbul uik-endi Brawn GP sürücüləri üçün yaxşı başlamasa da bu gün vəziyyət bir qədər düzəlib. Dünən hər iki maşına trasla ilişmə çatmırdı, amma sıralanma turuna kimi bu problemlər həll olunub və hər iki sürücü ilk üçlüyə düşüb – onlar yalnız Sebastyan Fettelə uduzublar. Rubens Barrikello həm bu gün sıralanma turunda, həm də sabah yarışda düzgün təkər seçiminin vacibliyindən danışıb…

Rubens Barrikello: “Dünən sərbəst yürüşlərdən sonra komanda böyük iş gördü və bu gün səhər vəziyyət yaxşılığa doğru dəyişdi. Sıralanma turu da pis keçmədi, amma ikinci sessiyada mən trafikə düşdüyümdən göstərdiyim nəticə bir az narahat olmağa əsas verirdi – ilk onluğu 0.5 saniyə ayırırdı, nəticələr çox sıx idi.

Sıralanma turunun əsas məsələsi təkər seçimi idi, mənim xoşuma bərk təkərlər gəlmişdi. Ona görə də son nəticəyə də bu təkərlərlə yollandım, amma təkərləri qızdırmaq üçün 3 dövrə vurmalı oldum. Sabah mən trasın təmiz hissəsindən start alacam, bu üstünlük verir, amma yenə də əsas məsələ düzgün təkər seşimi olacaq. Ümid edirəm ki, hər şey yaxşı olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*