21 Sentyabr 2019, Şənbə - 23:56

R.Barrikello Sebrinqdə testlərə başlayıb (video)

R.Barrikello Sebrinqdə testlərə başlayıb (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:16 - 02 Fevral, 2012

Bu gün Amerikanın Sebring İnternational Raceway trasında Rubens Barrikello ilk dəfə öz gücünü İndycar maşınının sükanı arxasında sınayıb. Rubensin dostu […]

Bu gün Amerikanın Sebring İnternational Raceway trasında Rubens Barrikello ilk dəfə öz gücünü İndycar maşınının sükanı arxasında sınayıb.

Rubensin dostu və həmyerlisi Toni Kanaanın çıxış etdiyi KV Racing komandası Formula1 veteranını ikigünlük testlərə dəvət edib.

Rubens bu yaxınlarda O Estado de S.Paolo qəzetinə müsahibəsində demişdi ki, əgər Dallara-Chevrolet-in kokpitində Formula1 maşınının sükanı arxasında aldığım ləzzəti ala bilsəm, “İndyCar-da çıxışım barədə düşünə bilərəm, axı mən yarışları sevirəm…”

Sebrinq Avropa tipli trasdır və İndyCar iştirakçıları burada 2.7 km-lik konfiqurasiyada çalışırlar. Bu testlərdə komandalar yeni Dallara DW12 şassisinin davranışını öyrənəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 248
Teqlər
Paylaş

logo