15 Oktyabr 2019, Çərşənbə axşamı - 13:12

R.Qrojan: “Mən ümumdünya vətəndaşıyam”

R.Qrojan: “Mən ümumdünya vətəndaşıyam”

Müəllif: Elçin Zodorov, redaktor

12:52 - 11 Yanvar, 2016

Roman Qrojan İsveçrənin Cenevrə şəhərində anadan olsa da, Fransa lisenziyası ilə yarışlara çıxır. O, həm də İsveçrə və Fransa vətəndaşıdır.

F-1.az xəbər verir ki, France 2 kanalının qonağı olan pilot bu haqqda danışıb: “Mən Cenevrədə anadan olmuşam, amma özümü fransız pilot hesab edirəm. Çünki, demək olar ki, bütün karyeram Fransa ilə bağlıdır və Fransa mədəniyyəti mənə daha yaxındır. Amma mən dağ havasını sevirəm, buna görə də İsveçrədə yaşayıram. Belə deyə bilərik, mən nə afinalıyam, nə də korinfli, mən ümumdünya vətəndaşıyam. Bu il də ABŞ komandasında çıxış edəcəm. Biz Formula1-də çox səyahət edirik. Bu da sərhədləri genişləndirir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 539
Teqlər , ,
Paylaş

logo