R.Qrojan qara zolağa düşdüyünü qəbul edib

Haas komandasının sürücüsü Roman Qrojan uğursuzluq zolağında olduğunu qəbul edib.

F-1.az xatırladır ki, fransalı sürücü bu mövsüm 5 yarışın hamısından xalsız ayrılıb. Son iki yarışda isə “gülünc” səhvlərlə mübarizəni vaxtından əvvəl dayandırıb.

Roman Qrojan: “Uğursuzluq seriyasındayam. Bəxtim də gətirmir. Yarışınızın birinci dövrədə bitməsi utancvericidir. Lakin bəzən belə hallar olur. Kevinin gözəl performans göstərməsinə sevindim. Boliddə temp var. Testlərdə boliddə özümü yaxşı hiss etdim. Növbədə 16 yarış var. Bolid sürətlidir və səbirsizliklə növbəti yarışı gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*