A.Covinatsi sərbəst yürüşlərə çıxmağa hazırlaşır

Ferrari-nin üçüncü sürücüsü Antonio Covinatsi Sauber və ya Haas komandaları ilə cümə günü sərbəst yürüşlərinə çıxmağa hazırlaşır.

F-1.az xatırladır ki, Ferrari komandası GP2 üzrə vitse-çempion Antonio Covinatsini ehtiyat sürücü kimi transfer edib.

Komandanın rəhbəri transferdən sonra bu fikirləri səsləndirmişdi: “Hazırda mühərriklə təmin etdiyimiz komandalarla Covinatsinin sərbəst yürüşlərdə iştirak etməsi üçün danışıqlar aparırıq”.

Covinatsi isə hələ də təəccüblüdür: “Hələ də inana bilmirəm. Qırmızı kombinezonu geyinib, bolidə oturana qədər də yuxuda olmadığıma inanmayacam. Hələ Sebastyan və Kimi ilə tanış olmamışam. Amma iki güclü Dünya Çempionu ilə işləmək mənə çox kömək edəcək. 2017-ci il mənim üçün təcrübə qazanmaq mövsümü olacaq. Hər şeyi diqqətlə izləyib, sürətlə komandaya uyğunlaşmalıyam”.

La Gazzette dello Sport nəşrinin yazdığına görə, italiyalı sürücü Sauber ilə testlərə çıxmağa yaxındır…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*