17 Dekabr 2018, Bazar ertəsi - 09:56

Qüvvvələr nisbətinin ehtimalı…

Qüvvvələr nisbətinin ehtimalı…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:18 - 06 Yanvar, 2011

Britaniyanın Autosport qəzetinin jurnalisti Ədd Stro qarşıdakı mövsümdə ehtimal olunan qüvvələr nisbətindən danışıb… Ədd Stro: “Mövsümöncəsi testlər bizə çoxlu məlumat […]

Britaniyanın Autosport qəzetinin jurnalisti Ədd Stro qarşıdakı mövsümdə ehtimal olunan qüvvələr nisbətindən danışıb…

Ədd Stro: “Mövsümöncəsi testlər bizə çoxlu məlumat verəcək, amma biz yeni maşınları görməzdən və vəziyyəti təhlil etməzdən əvvəl 2011-ci ildə uğur qazanmaq şansı olanlardan danışaq.

Virtual poulda Red Bull maşınlarıdır, iki il əvvəl ikiqat diffuzorsuz qələbə qazanan komanda yalnız “öküzlər” olmuşdu. Ədrian Nyui növbəti dəyişiklik zamanı yenə də maksimum qazanacaq, yeganə problem KERS ola bilər – əvvəllər Red Bull maşınlarında kinetik enerjinin rekuperasiya sistemləri heç vaxt olmayıb.

McLaren komandası isə KERS-dən istifadənin uğurlu təcrübəsinə malikdir, amma komanda bu il keçənilki başlıca üstünlüyündən mərhum olacaq – arxa antiqanadın effektliyini idarə edən hava kanalından. Hava kanalı MP4-25-in konstruksiyasının mövsümün əvvəlindən ayrılmaz hissəsi idi və Uokinqdəki mühəndislər digər sahələrdə üstünlük əldə etmək üçün ciddi işləməlidirlər, bu isə Red Bull-un sürəti və Ferrari-nin inkişafı fonunda qələbə üçün çox vacibdir.

Mercedes GP komandası əmin edir ki, keçənilki uğursuzluğun səbəbini bilir və bu problemləri həll etmək üçün əllərindən gələni edəcəklər. Amma Brəklidəki mühəndislər əvvəllər normal vəziyyətdə qalib gələ biləcək maşın qurmayıblar. 2009-cu ildə onlara ikiqat diffuzor kömək elədi, bu dəfə isə reqlamentdə hər şey aydındır.

Renault komandası keçən mövsümün gedişində uğurla inkişaf edirdi, amma 2006-cı ildən bu komanda ilk Qran Prilərdə qalib gələ biləcək maşın qurmayıb.

Əsas həlledici faktorlardan biri isə yeni Pirelli təkərləri olacaq, bu təkərlərə komandalar dərhal öyrəşə bilməyəcklər, amma Red Bull RB7 maşınına yenidən çempionatın ən sürətli maşını olmasına mane olacaq səbəb görmürəm. Qış testlərinin nəticələrinə isə çox fikir verməyin – son illərdə bu komanda startdan əvvəl protokollara başçılıq etməyə tələsmirdi…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 164
Teqlər
Paylaş

logo