13 Dekabr 2018, Cümə axşamı - 03:22

Pirelli Yaponiya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Pirelli Yaponiya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:15 - 25 Sentyabr, 2018

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Yaponiya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar Suzuka trasına orta üçlüyü – SuperSoft, Soft və Medium tərkiblərini gətirəcəklər. Bu üçlük mövsümdə artıq dörd dəfə – Bəhreyndə, İspaniyada, Belçikada və İtaliyada istifadə olunub.

Tərkiblərin bərkliyinə baxmayaraq, sürücülərin seçimi əvvəlki iki yarışdakı seçimi xatırladır – Mercedes sürücüləri yenə də 7 dəst ən yumşaq tərkibdən alacaqlar. Ferrari-nin sürücüləri bu dəfə hamıdan çox – 10 dəst SuperSoft şifariş ediblər.

Ən maraqlı seçim isə McLaren komandasına məxsusdur – demək olar ki, bütün tərkiblərdən eyni sayda sifariş edilib…

Yaponiya Qran Prisi üçün təkər seçimi

SürücüKomandaMediumSoftSuperSoft
Lyuis HəmiltonMercedes AMG247
Valtteri BottasMercedes AMG247
Sebastyen FettelFerrari1210
Kimi RəykkönenFerrari1210
Daniel RikkardoRed Bull148
Maks FerstappenRed Bull157
Serxio PeresRacing Point238
Esteban OkonRacing Point238
Ləns StrollWilliams139
Sergey SirotkinWilliams229
Karlos SaynsRenault238
Niko HülkenberqRenault148
Pyer QasliToro Rosso238
Brendon HartliToro Rosso148
Roman QrojanHaas238
Kevin MaqnussenHaas148
Fernando AlonsoMcLaren454
Stoffel VandornMcLaren454
Markus ErikssonSauber148
Şarl LeklerSauber238

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 300
Teqlər ,
Paylaş

logo