P.de la Rosa: “Avstraliya hər şeyə aydınlıq gətirəcək”

İspaniyanın As qəzetinə müsahibəsində McLaren komandasının test pilotu Pedro de la Rosa bildirib ki, qış testlərinin yekunlarına görə, o birmənali […]

İspaniyanın As qəzetinə müsahibəsində McLaren komandasının test pilotu Pedro de la Rosa bildirib ki, qış testlərinin yekunlarına görə, o birmənali favoriti görmür, amma sürücünün fikrincə, Renault komandası ciddi inkişaf edib…

Pedro de la Rosa: “Hələlik mən həqiqətən aşkar favoriti görmürəm, aydınlıq yalnız Avstraliyada gələcək, testlər isə poker oyunu kimi bir şeydir – komandalar müxtəlif yanacaq miqdarı ilə, müxtəlif proqramlar üzrə işləyirlər, hərə öz məsələsini həll edir. Formula1-də çox şey maşının çəkisindən asılı olur, hətta 10 kiloqram son nəticəyə böyük təsir edir. Müəyyən inkişaflar var, məsələn, Renault maşını ilin əvvəlinə nisbətən indi daha yaxşı görünür.

Formula1 yeni iqtisadi vəziyyətə uyğunlaşır, bəlkə də indi araşdırmalar və elmi tədqiqat işlərinə də məsrəfləri azaltmağın vaxtıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*