K.Maqnussen: “Problemin səbəbi asılqan idi”

Renault komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, birinci seansdakı təkər probleminin səbəbi asılqan imiş...

F-1.az xatırladır ki, danimarkalı sürücü birinci sərbəst yürüşlərin sonuna doğru sol arxa təkərdə problem yaşayıb və boksa qayıtmaq istəmişdi.

Kameralar həmin anda başqa sürücüləri göstərdiyi üçün Maqnussenin problemini görə bilmədik. Həm qırılmış asılqana görə, həm də maşının altlığı ciddi zərər gördüyünə görə gənc sürücü ikinci sərbəst yürüşlərdə iştirak edə bilməyib.

Kevin Maqnussen: “Hazırda işlərimiz davam edir və sabah yenidən hazır olacayıq.

Asılqanda problem yaşadıq və buna görə də təkərimiz partladı. Təkər partlayandan sonra bolidin altı yerə sürtüldü və altlığa ziyan dəydi.

Hardasa, 300-310 km/saat sürətlə gedirdim və birdən bolidin düşdüyünü hiss etdim. Ondan sonra bolid oynamağa başladı.

Bolidi rahatlıqla idarə edə bildim, çünki döngədə yox, düzlükdə idim. Ayağımı qazdan çəkdim və bolidi saxladım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*