P.Qasli: AlphaTauri yeni konseptə keçəcək

Alpine komandasının sürücüsü Pyer Qasli bildirib ki, AlphaTauri növbəti mövsümdən yeni konseptə keçəcək.

F-1.az xatırladır ki, fransalı sürücü son mövsümü AlphaTauri-də keçirib və yaxşı nəticələr qazana bilməyib. 26 yaşlı pilot gələn ildən Alpine-də yarışacaq.

Pyer Qasli: “Bu idmanda hansı komandanın növbəti mövsümdə nə edəcəyi müəmmalı olur. AlphaTauri-də yarışarkən 2021-ci ildə orta qrupun ən sürətli komandalarından olsaq da, 2022-cu ildə geridə qalırdıq. Buna görə də gələn mövsüm nə olacağını demək olmaz.

AlphaTauri bolidin konseptini dəyişəcək və bəlkə yenidən rəqabətədavamlı olacaqlar. Nəsə demək çətindir. Əsas odur ki, çox işləyib, yeni mövsümə yaxşı hazırlaşaq. Dua edirəm ki, Alpine builkindən yaxşı maşın hazırlasın.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*