N.Rosberq əmindir ki, Şumaherə uduzmayacaq

Mövsümün startı ərəfəsində Niko Rosberq nikbin görünür və hesab edir ki, komanda yoldaşı Mixael Şumaherin pressinqinə dözə biləcək. Bu gün […]

Mövsümün startı ərəfəsində Niko Rosberq nikbin görünür və hesab edir ki, komanda yoldaşı Mixael Şumaherin pressinqinə dözə biləcək. Bu gün səhər mətbuatla görüşü zamanı Rosberq bildirib ki, Mixaelin Formula1-ə qayıtmasını sakit qəbul edir və yeddiqat dünya çempionu ilə mübarizəyə hazırdır…

Niko Rosberq: “Mövsümün startı ərəfəsində əhvalım yaxşıdır və nikbin köklənmişəm. Mən MGP W01-in sükanı arxasında özümü rahat və inamlı hiss edirəm. Eyni zamanda baaş düşürəm ki, həmişəki kimi mənə asan olmayacaq, çünki mənim çox güclü komanda yoldaşım var. Lakin baxaq görək vəziyyət necə olacaq.

Mən Mixaellə məhsuldar əməkdaşlığa hazıram, biz birlikdə maşının təkmilləşdirilməsinə çalışmalıyıq, çünki sürətli maşın olmasa biz heç nəyə nail ola bilmərik. Məncə, hələlik bizim işlərimiz pis getmir, amma biz gərgin işləməyə davam etməliyik.

Hər şeydən əvvəl, səni komanda yoldaşınla müqayisə edirlər, ona görə də mənim builki məqsədim onunla müqayisədə yaxşı görünməkdir. Sözsüz ki, bu il mən ondan çox şey öyrənməliyəm, üçnki birinci dəfə rəqabətədavamlı maşında çıxış edəcəm. Hələ biz tam əmin deyilik, amma ümid edirik ki, bizim maşın rəqabətədavamlıdır.

Ona görə də mən mövsümün startını səbirziliklə gözləyirəm ki, yaxşı nəticələr göstərim və Mixaellə bərabər səviyyədə mübarizə aparım…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*