N.Rosberq Brawn GP və McLaren-lə danışıqları təsdiq edib

Almaniyanın Sport Bild qəzetinə müsahibəsində Niko Rosberq ilk dəfə rəsmən təsdiq edib ki, gələn ilə müqavilə bağlamaq üçün Brawn GP […]

Almaniyanın Sport Bild qəzetinə müsahibəsində Niko Rosberq ilk dəfə rəsmən təsdiq edib ki, gələn ilə müqavilə bağlamaq üçün Brawn GP və McLaren komandaları ilə danışıqlar aparıb, amma qeyd edib ki, bu məsələni o Williams-la da müzakirə edir…

Niko Rosberq: “Mən həqiqətən bu iki komanda ilə danışıqlar aparmışam, amma eyni zamanda biz Williams da danışıqları davam etdiririk – mənim cari müqaviləm başa çatır, belə bir vəziyyətdə hər bir sürücü karyerasının davamı üzüç ən yaxşı variantı axtarır.

Əsas faktor Williams-ın motor təchizatçısı olacaq, mən bilməliyəm ki, komanda gələn il hansı motorlardan istifadə edəcək, bundan sonra son qərarı qəbul edəcəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*