N.Rosberq: “Beşinci yer pis nəticə deyil”

Mövsümün ikinci yarışında da Mercedes GP komandasının hər iki sürücüsü xal qazana bilib. Gənc sürücü Niko Rosberq iki həftə əvvəlki […]

Mövsümün ikinci yarışında da Mercedes GP komandasının hər iki sürücüsü xal qazana bilib. Gənc sürücü Niko Rosberq iki həftə əvvəlki nəticəsini təkrarlayıb – Avstraliyada o finişi beşinci keçib…

Niko Rosberq: “Beşinci yer belə bir yarışda pis nəticə deyil. Nəm trasda mən yaxşı start ala bilmədim, sonra isə yarışın gedişində bizə sürət çatmırdı, yumşaq təkərlərlə problemlər var idi.

Arxa təkərlər sürətlə yeyilirdi, ona görə də biz əlavə pit-stop keçirməyi qərara aldıq – bununla liderlərə çata bildik. Yeni təkərlər bizə üstünlük verdi, amma onlara çatdıqdan sonra ötmək çətin oldu. Amma Lyuis və Markın qəzasından sonra mən iki mövqe qazandım.

Ümumiyyətlə, uik-end normal keçdi, amma biz xal qazanmağa davam etməklə yanaşı maşını da modernizə etməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*