N.Kartikeyan Hispania-nın sürücüsüdür

Narain Kartikeyan Hispania komandasında Pedro de la Rosaya yoldaşlıq edəcək. Hindistanlı sürücü keçən il bu komandanın heyətində 8 yarış keçirib, […]

Narain Kartikeyan Hispania komandasında Pedro de la Rosaya yoldaşlıq edəcək. Hindistanlı sürücü keçən il bu komandanın heyətində 8 yarış keçirib, sürücü ilə yenidən müqavilə bağalyan komanda stabilliyə ümid edir…

Narain Kartikeyan: “Komanda ilə müqavilənin bağlanması uzun çəkdi, amma yenidən Hispania maşınının sükanı arxasında starta çıxmağa çox şadam. Keçən il Hindistan Qran Prisində yerli azarkeşlərin qarşısında çıxışımdan razı qalmışdım və ümid edirəm ki, 2012-ci ildə bizim nəticələrimiz daha yaxşı olacaq.

2011-ci ilin sonundan mən cidi məşq edirəm, Formula1-in çətinliklərinə hazıram. Hispania ilə müqaviləyə çox şadam. Yeni rəhbərlik və Pedro sayəsində komanda ciddi inkişaf edəcək.

Unutmayaq ki, Formula1 hələ Hindistan üçün yenilikdir: keçən il biz yalnız debüt yarışı keçirdik, amma yarış böyük uğur qazandı, hindistanlı sürücü ilə çempionata marağı stabil saxlayacaq. Mən fəxr edirəm ki, Formula1-də ölkəmi təmsil edəcəm.”

Luis Peres Sala, komandanın başçısı: “Mən şadam ki, bu il Narain bizim komandada çıxış edəcək, komandamız stabil inkişaf edə biləcək. Narain sürətli və stabil sürücüdür. Keçən il sükan arxasında bütün mövsümü keçirməsə də, bizim ümidlərimizi doğrultmuşdu.

Keçən il Narain start aldığı 8 yarışdan yalnız birində finişə çata bilməmişdi. Əgər o bizimlə inkişaf edə bilsədeməli komanda ikiqat inkişaf edəcək. Bu il komanda sıfırdan başlayacaq, ona görə də bütün komanda əməkdaşlarının onun inkişafında iştirakı vacibdir.”

Pedro de la Rosa Xeresdə keçənilki maşının sükanı arxasında işləyəcək, fevralın 21-də Barselonada narain ona qoşulacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*