N.Haydfeld müsabiqənin qalibinin adını çəkib

İyunun əvvəlində Nik Haydfeld Almaniya Qran Prisində çıxış edəcəyi şlemin ən yaxşı dizaynı üçün müsabiqə elan etmişdi və bu gün […]

İyunun əvvəlində Nik Haydfeld Almaniya Qran Prisində çıxış edəcəyi şlemin ən yaxşı dizaynı üçün müsabiqə elan etmişdi və bu gün qalibin adı hamıya məlum olub: müsabiqədə macar Tamaş Şimon qalib gəlib. Müsabiqəyə yekun vuran Nik Hyadfeld və alman dizayneri Yens Munzer çətin vəziyyətdə qalıblar: azarkeşlər 9 mindən çox nümunə göndəriblər. Bunlardan 11 perspektiv variant seçilib, daha sonra isə Nik ən yaxşı işi bəyənib…

Nik Haydfeld: “Bu şlem elə əvvəldən bütün nümunələrin içində seçilirdi. Ümumiyyətlə, mən onu elə birinci dəfə görəndə başa düşdüm ki, bu qələbəyə namizədlərdən biridir. Məncə, bu konkret bir yarışda çıxış etmək üçün ideal variantdır. Yens Munzer və dostalrım da bunu əla şlem hesab etdilər.”

İyulun 10-da xoşbəxt müsabiqə qalibi paddoka baş çəkəcək və BMW Sauber-in motorhoumunda ilk sərbəst yürüşlrədən əvvəl şəxsən Nik Haydfeldə şlemi təqdim edəcək. Bazar günü yarışdan sonra şlem RTL teleşirkətinə veriləcək. RTL “Uşaqlara kömək edirik” aksiyası altında bu şlemi hərracdan satacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*