Renault yeni maşınını ən birinci təqdim edəcək?

Renault komandası yeni maşınını fevralın 21-də təqdim etməyi planlaşdırır.

F-1.az xatırladır ki, daha əvvəl təqdimat tarixlərini FerrariMercedes və Force İndia komandaları açıqlamışdılar…

Renault komandasının mətbuat xidməti Twitter hesabında zarafat edib: “Təqdimatlar haqqında əvvəlki elanlara hörmət duyaraq, biz öz şəklimizi hazırladıq – şəkildə yeni maşının silueti (oh!) və örtüyü (ah!) təsvir olunub. Bu tarixi unutmayın – 21 fevral”.

Təqdimat mərasiminin yeri barədə heç bir məlumat verilməyib, xatırladaq ki, keçən il də komanda yeni maşınını birinci təqdim etmişdi…